Ru
23:16 / 13 Fevral 2023

Zəlzələ zamanı körpələri qoruyan tibb bacıları danışdı - VİDEO

Zəlzələ zamanı körpələri qoruyan tibb bacıları danışdı -  VİDEO
Eye


Türkiyədə zəlzələ zamanı Qaziantep Topçuoğlu Xəstəxanasının doğum şöbəsində çalışan tibb bacıları Dövlət Nizam və Gazel Çalışkan zəlzələ zamanı çölə çıxmayaraq küvesdəki körpələri qoruyublar.

Bakupost.az "Habertürk.com"a istinad edərək bildirir ki, Qaziantepdə işləyən 22 yaşlı tibb bacısı Gazel Çalışkan hadisə barədə jurnalistlərə danışıb.

"Özümüzü və ailəmizi heç düşünmədik. Tək qorxumuz körpələrin başına bir iş gələcəyi idi. Çünki körpələr oradan çıxa, kömək istəyə bilməzlər”- Çalışkan deyib.

Tibb bacıları bildirib ki, əvvəlcə nə baş verdiyini anlamayıblar:

"Sarsıntıdan otağa daxil ola bilmirdik. Sadəcə küvesləri tutmağa çalışdıq. Onların aşmaması və üstünə nəsə düşməməsinə diqqət edirdik. O anı xatırlaya bilmirik. Sadəcə, kamera görüntülərinə baxanda nə baş verdiyini anlayırıq. Həmin vaxt 7 körpəmiz müalicə alırdı. Şükürlər olsun, onlar zərər görmədi".

Əfsanə Rəcəb,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar