“Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 2.3 dəfə artaraq 638,6 minə çatıb. Azərbaycana səfər edənlərin içərsində qonşu ölkələrdən gələnlər yenə də üstünlük təşkil edirlər. Belə ki, gələnlərin 25,0 faizi Rusiya, 23,8 faizi Türkiyə, 13,0 faizi İran, 5,2 faizi Gürcüstan vətəndaşlarıdır.
Bakupost.az xəbər verir ki, bunu
millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib
Onun sözlərinə görə, ötən ilin uyğun dövrü ilə müqayisədə tursitlərin sayında ən böyük artımlar Yaxın Şərq dövlətlərinin payına düşür:
"Bu müddətdə əvvəlki ilin eyni dövrü ilə nisbətdə Omandan gələnlərin sayında 751,9 dəfə, Səudiyyə Ərəbistanından 252,7 dəfə, Küveytdən 147,3 dəfə, Bəhreyndən 57,4 dəfə, Pakistandan - 51,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 41,7 dəfə artım qeydə alınıb. Belə yüksək artım göstəricisi digər bölgələrdən yalnız Hindistan tursitlərində müşahidə olunub. Azərbaycana bu ilin ilk yarısında gələn hindistanlı turistlərin sayında 32.1 dəfə artım qeydə alınıb”.
Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olub. Ölkəmizə gələnlərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib:
“2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan ölkəyə gələn turistlərin sayının artması eyni zamanda məşğulluğun təmini və yerli sahibkarlığın inkişafı baxımdan da vacibdir”.
Sevinc
BakuPost
Bəs bu gəlirləri xalq niyə hiss etmir?