Ru
13:29 / 06 Aprel 2017

Azərbaycanda zəlzələ gözlənilirmi? – Baş seysmoloqdan açıqlama

Azərbaycanda zəlzələ gözlənilirmi? –  Baş seysmoloqdan açıqlama
Eye

Son günlər qonşu ölkələr - İran, Rusiya, Türkiyə və Qazaxıstanda zəlzələlər aktivləşib. Hətta qonşu ölkələrdəki zəlzələlər zamanı dağıntılar və xəsarət alanlar belə olub. Bütün bunlar ölkəmizdə də güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı ehtimallar yaradır.

 

Ümumiyyətlə, qonşu ölkələrdə davam edən zəlzələ dalğası Azərbaycana da gələ bilərmi?



Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli BakiPost.az-a açıqlamasında bildirib ki, yaxın günlər üçün respublikada böyük katastrofik zəlzələnin olma ehtimalı yoxdur: "Ümumiyyətlə, zəlzələ hər gün var. Amma hansı gücdə olmasına baxır. Bizdə olan zəlzələlərin hamısı zəif təkanlardır. Dünən Lənkəranda olan zəlzələ episentrdə 3 və ya 4 bala qədər yaşayış məntəqələrinin yaxınlığında hiss olunub. Bunlar elə də qorxulu deyil. Həmin zəlzələlər fon səviyyəsində olur. 



İranda olan zəlzələ Əfqanıstan, Tacikistan, yaxud da Türkiyə və Qazaxıstanda olan zəlzələ Azərbaycana heç bir təsir edə bilməz”. 



Qurban Yetirmişli vurğulayıb ki, ümumiyyətlə, respublika ərazisində güclü aktiv seysmik zona müşahidə olunmur: "Olan zəlzələlərdə fon səviyyəsində, yəni zəif təkanlarla enerji boşalması gedir”. 



Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar