Ru
12:38 / 19 Noyabr 2025

"Azercell" beynəlxalq sertifikata layiq görüldü

"Azercell" beynəlxalq sertifikata layiq görüldü
Eye

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Satınalma və Təchizat üzrə Britaniya Kral Assosiasiyası” (CIPS – The Chartered Institute of Procurement & Supply) tərəfindən təqdim olunan Etik Satınalma və Təchizat üzrə Korporativ Sertifikat ilə təltif olunub.

Bakupost.az xəbər verir ki, dünyada cəmi 170-ə yaxın şirkətin daxil olduğu CIPS Korporativ Etika Reyestrində Azercell Azərbaycanın yeganə təmsilçisidir.

Şirkətin Satınalma departamenti CIPS-in ESG (ekologiya, sosial və idarəetmə) prinsiplərinə əsaslanan “Etik Satınalma və Təchizat” proqramını uğurla tamamlayaraq ətraf mühitin mühafizəsi, insan hüquqlarının qorunması, eləcə də rüşvət və korrupsiya ilə mübarizə sahələrində yüksək nəticələr əldə edib.

Bu nailiyyət "Azercell"in satınalma fəaliyyətində beynəlxalq etik tələblərə sadiqliyini və təchizat zəncirində dayanıqlılığı davamlı olaraq gücləndirdiyini təsdiqləyir. Həmçinin şirkətin etik biznes mühitinin və ESG prinsiplərinə əsaslanan idarəetmə modelinin inkişafına verdiyi önəmi də bir daha gündəmə gətirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar