Ru
18:42 / 16 İyul 2021

Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri açıqlandı

Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri açıqlandı
Eye

Xəbər verdiyimiz kimi, sabahdan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər veir ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də, növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50 faiz güzəşt olmaqla 15 manat təşkil edir.

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də, avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn gediş bileti sifariş edə bilərsiniz.

Gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar