Ru
16:20 / 31 Yanvar 2022

Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı -  YENİLƏNİB
Eye

Bakıda 4 yaşlı qız uşağının meyiti tapılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.



***

15:22


Bakıda 4 yaşlı qızın meyiti tapılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar