Ru
16:39 / 26 Noyabr 2025

Bakıda 75 yaşlı qadını dilənçiliyə sövq etdi

Bakıda 75 yaşlı qadını dilənçiliyə sövq etdi
Eye

Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən 1950-ci il təvəllüdlü şəxsin müxtəlif ünvanlara aparılaraq dilənçiliyə sövq edildiyi müəyyən olunub.

Araşdırmalarla bu qanunsuz əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb. Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcəkdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar