Ru
17:53 / 09 Sentyabr 2022

Bakıda daha bir qanunsuz tikinti: sakinlər etiraza hazırlaşır - FOTO

Bakıda daha bir qanunsuz tikinti: sakinlər etiraza hazırlaşır - FOTO
Eye

Bakıda daha bir qanunsuz tikili sakinlərin narazılığına səbəb olub.


Bu barədə Bakupost.az -a Afiyəddin Cəlilov küçəsində yaşayan sakinlər məlumat veriblər.


Onların sözlərinə görə, yaşadıqları binanın qarşısında, gediş-gəlişin sıx olduğu ərazidə yeni 13mərtəbəli binanın tikintisinə başlanılıb.

Sakinlər tikintinin hansı şirkət tərəfindən aparıldığından xəbərsizdirlər. Onlar yeni tikilinin yaşadıqları binanın qarşısını kəsəcəyindən narazıdırlar.


Qeyd edək ki, yeni tikiləcək bina Afiyəddin Cəlilovla Ayaz İsmayılov küçələrinin kəsişməsində yerləşir.


Qanunsuz tikiliyə etiraz edən vətəndaşlar sabah saat 11:00-da həmin ərazidə aksiya keçirməyi planlaşdırırlar.





Aygün
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar