Ru
16:27 / 20 Avqust 2019

Boş qalan yerlərə ixtisas seçiminin nəticələri elan edildi

Boş qalan yerlərə ixtisas seçiminin nəticələri elan edildi
Eye

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.



Bakupost xəbər verir ki, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna "9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.



"Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir", - deyə DİM-dən bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar