Ru
10:48 / 18 Avqust 2025

“Bu iti çölə atın” – Tatlısəs qızını evdən qovdu

“Bu iti çölə atın” – Tatlısəs qızını evdən qovdu
Eye

İbrahim Tatlısəsin qızı Dilan Çıtakı evindən qovub.

Bakupost.az Yenisabah.az- a istinadən xəbər verir ki, Dilan onunla mübahisə zamanı özünə hakim ola bilməyib. Hirsini cilovlaya bilməyən qız pultu Tatlısəsə atıb.

Tatlısəs işçilərinə "Bu iti çölə atın" deyərək qızını evdən çıxarmağı əmr edib. O, çölə çıxarıldığı üçün tərəflər arasında gərginlik yenidən alovlanıb.

Hadisədən sonra Tatlısəs prokurorluğa rəsmi şikayət edib. Sonradan şikayətini geri götürsə də, prokurorluq Türkiyə Cəza Məcəlləsinin 6-cı maddəsinə əsasən, işi ictimai iddiaya çevirib.

Türkiyə Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, Dilan Çıtak “silahla (pult - red.) xəsarət yetirməyə cəhd” maddəsi ilə mühakimə olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar