Ru
12:46 / 07 Yanvar 2020

“Buta Airways”in təyyarəsi Ankarada təcili eniş etdi

“Buta Airways”in təyyarəsi Ankarada təcili eniş etdi
Eye

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

BakuPost xəbər verir ki, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Qeyd edək ki, Sabiha Gökçen hava limanında “Boeing 737- 800” tipli sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Şarca- (BƏƏ-də şəhər) İstanbul reysini həyata keçirən təyyarənin göyərtəsindəki sərnişinlər təxliyyə edilib, xəsarət alan olmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar