Ru
17:06 / 12 May 2026

“Dəmir Qübbə” BƏƏ-də: İranın əli zəifləyəcək?

“Dəmir Qübbə” BƏƏ-də: İranın əli zəifləyəcək?
Eye

İsrail Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri göndərib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts bu məlumatı təsdiqləyib.

Bundan əvvəl “Axios” da İsrail və BƏƏ arasında müharibə dövründə hərbi və kəşfiyyat əməkdaşlığının ciddi şəkildə artdığını qeyd edirdi.

Məlumatda qeyd olunur ki, BƏƏ ABŞ və İsraildən sonra “Dəmir Qübbə” sistemindən istifadə edən ilk ölkə olub və sistem İran tərəfindən atılan onlarla raketin qarşısını alıb.

Hərbi ekspert Ədalət Verdiyev Bakupost.az-a bildirib ki, İran körfəz ölkələri, o cümlədən BƏƏ-i intensiv şəkildə atəşə tutmaqla çoxsaylı qonşuları öz əlehyinə qaldırıb:

“Belə vəziyyətdə körfəz ölkələri öz müdafiələrini gücləndirmək üçün müxtəlif addımlar atmağa məcbur olublar. Bu əsasda BƏƏ də İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə” sistemini əldə edib”.

Ekspertin sözlərinə görə, BƏƏ-nin “Dəmir Qübbə” sisteminə sahib olması ilə həmin ölkənin hava məkanı daha təhlükəsiz hala gələcək:

“Hazırda dünyada hava hücumundan müdafiə olunmaq üçün ən üstün imkanlara malik sistem ABŞ və İsraildədir. Bu sistemlər dəfələrlə özlərini döyüşlərdə sınaqdan çıxarıb. Həmin sistemlərin raketləri ələ keçirmə faizi kifayət qədər yüksəkdir. Bu mənada BƏƏ-in “Dəmir Qübbə” sisteminə sahib olması ilə təbii ki, həmin ölkənin hava məkanı daha təhlükəsiz hala gələcək”.

Həmsöhbətimiz düşünür ki, İsrailin yaranmış vəziyyətdə Ərəb Əmirliyinə hətta digər silah, sursatların ixracı da mümkündür:

“Hazırda ABŞ-nin rəhbərliyi altında İranın zəiflədilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət bir koalisiya yaradılıb. Hansı ki, bu koalisiyanın İrana qarşı birbaşa döyüş əməliyyatlarında iştirakı da mümkündür. Belə olan halda İsrailin körfəz ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək üçün hansısa güzəştlərə getməsi tamamilə təbii addım kimi qarşılanmalıdır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar