Ru
21:19 / 20 İyun 2022

Deputatların maaşında fantastik artım - MƏBLƏĞ

7550
Milli Məclisin deputatlarının maaşı artırılır.

Bakupost.az bildirir ki, "Report"un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir.


Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı.


Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

Dəyişikliklə isə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Şərhlər
  • Bəhram

    Cəmi 125 deputat var və hər birinə 5 mindən ildə cəmi 7,5 milyon manat olur! İldə 10-15 milyon nə məbləğdir ki? Axı, biz adi vətəndaşlar və dövlət onlardan Millət Vəkilləri kimi vətəndaşlarımızın hüquqlarını soyqırım terrorundan azad etməsini, milyonlarla və milyardlarla manat pulların qazanılmasını, kənar və lüzumsuz bütün xərclərin qarşısının alınmasını, texniki-iqtisadi quruculuğun daha geniş və daha faydalı aparılmasını gözləyirik! Təbii ki, bu mühüm işlər Prezidentlər və aparatının rəhbərliyi və Nazirlər Kabinetinin çox geniş fəaliyyəti ilə həyata keçirilməkdədir! Hədsiz çətin və zəruri dövrün başlanğıcından ölkəmizə, xalqımıza uğurlar diləyirəm.

  • elimardan

    kül başına ay millət!!!

  • Xalq

    Görəsən bu artımı təsdiqləyən şəxs millətin,prnsiyaçıların yaşamından xəbəri varmı?Milli Məclisin millətinn halına acıyan deputatı varmı?Hamısı müftəxor,alverçi və biznesmendirlər.Ona görə bu artım əsassız və haramdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər