Ru
19:12 / 22 İyun 2022

DTX-nin saxladığı general HƏBS EDİLDİ - Məhkəmə qərarı

DTX-nin saxladığı general HƏBS EDİLDİ - Məhkəmə qərarı
Eye

Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru general-mayor Ehtiram Xəlilov həbs edilib.


Bakupost.az -ın məlumatına görə, Səbail rayon məhkəməsinin qərarı ilə E.Xəlilov barəsində 3 ay, 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə istintaq davam edir.


Qeyd edək ki, DGK-nin sədri Səfər Mehdiyevin əmri ilə o, bu vəzifədən azad edilib və yerinə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.


Xatırladaq ki, ötən gün DTX Dövlət Gömrük Komitəsində əməliyyat keçirib.


Əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər saxlanılıb.







Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar