Ru
18:35 / 02 Sentyabr 2025

Əfqanıstan sakini zəlzələdə 11 yaxınını itirdi

Əfqanıstan sakini zəlzələdə 11 yaxınını itirdi
Eye

Sentyabrın 1-nə keçən gecə ölkədə baş vermiş zəlzələ nəticəsində Əfqanıstan sakini 11 ailə üzvünü itirib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı kişinin övladından yeddisi - iki oğlan və beş qız ölüb. Bundan əlavə, o, bir əmisi və üç əmisi oğlunu itirib.

Qeyd edək ki, sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Cəlalabad şəhərindən təxminən 27,3 km aralıda, Pakistanla sərhəddə yerləşib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar