Ru
16:16 / 22 Aprel 2019

Ətraf mühiti ən çox korlayan restoranlar – SİYAHI

Ətraf mühiti ən çox korlayan restoranlar  – SİYAHI
Eye

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai iaşə obyektlərindən ətraf mühitə atılan zərərli maddələrin azaldılması istiqamətində növbəti monitorinq keçirib.



BakuPost xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin aparat rəhbəri Vüqar Kərimov deyib. O, bildirib ki, bu məqsədlə nazirlik 467 obyektdə monitorinq keçirib, onlardan 455-də təmizləyici qurğu quraşdırıldığı məlum olub: "Aprel ayında isə həmin qurğular quraşdırılan obyektlərdə vəziyyəti öyrənmək üçün Bakı və Sumqayıtda 107 ictimai iaşə obyektində yoxlama keçirilib. Monitorinq zamanı ətraf mühitə normadan artıq zərərli maddələr atan 22 obyekt aşkarlanıb. Onlara icrası məcburi göstərişlər verilib.



Həmin obyektlər bunlardır: "İmperator”, "Oazis”, "Sonalar Sonası”, "Cratos”, "Madonna”,”Meridian”, "Su səsi”, "Dan Ulduzu”, "Hissa”, "Şahzadə”, "Kremlin Hall”, "Qızıl tac”, "Elit Eventis Hall”, "Xarı bülbül”, "Gold Palace”, "Piano” və "Kolizey” şadlıq sarayları və "Sandıq”, "Qızıl qaya”, "İstanbul”, "Quzu qabırğası” və "Şəki” restoranlarıdır. Təmizləyici qurğu quraşdırmayanlar isə Sumqayıtda "Green House”, "Dədə Qorqud”, "Qubadlı Şadlıq” sarayları və Səbaildə "Qədim Şəki Restoranı”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar