Ru
17:26 / 22 Noyabr 2019

“Hər şey kontroldan çıxa bilər, səksənirəm” - Ramiz Həsənoğlu

6287
“SÜNİ İNTELLEKTDƏN ÇOX QORXURAM”

Hardandır, nədəndir, ona qarşı sayğmın olduğunu bilirəm. “İşıqlı adam” ifadəsi var dilimizdə. Bax, ona da Tanrı həmən o işıqdan verib. Həm də ona görə böyük adamdır ki, uşaq kimidir. Elə bilirsiniz “işıqlı adam”, “uşaq kimi” ifadələri içərən kimliyə sahiblənərək Ramiz Həsənoğlu olmaq asandırmı. Heç bir dəyərə və mənəviyyata, çəkiyə sahib olmayanlar var ki, zəng edirsən telfonu üzünə qapadır. O isə kim olursa olsun, o gözəl səsilə ya cavab verər, ya da yazar. Lap çoxdandır könlümdən keçirdi Ramiz Həsənoğlu ilə söhbətləşim. Gəlib iş yerində görüşürük.

Söhbətimizi BakuPost oxucularına təqdim edirəm:

- Salam. Hərdən mənə elə gəlir ki, dünyanın ən gülünc bir işini tuturam. Məsələn, gəlirəm və başalyıram Ramiz müəllimə sual verməyə. Axı sizə nə sual verəcəm ki, ya verməliyəm. .. yaxşı... söhbətləşək də..

- Yox... Nə sualın var, ver...

- Mən sadəcə etik baxımdan bunu demək istədim...

- Buyurun. Suallarınızı cavablandırmağa hazıram...

- Sizcə, sənətkar danışmalıdırmı? Lap belə “Min bir gecə”dəki kimi oldu ha. Danışmasan, öləcəksən misali....biz harda danışmalıyıq?

- Siz gəlməmişdən qabaq belə bir söhbət oldu Afaq xanımla. (Bir yerdə işlədikləri jurnalist həmkarımız Avaq Vasifqızını nəzərdə tutur:-x.t.) O söhbətdən də çıxarış vermək istəyirəm. Məncə, yazan, quruluş verən, rəsm çəkən... adamın danışmağı o qədər də vacib deyil. Yəni bu adam yazırsa, quruluş verirsə, bəstələyirsə, bu adamın əsas sözü də, danışığı da ordadır. Yeri oldu olmadı, durub nələrisə bəyan eləmək mənlik deyil. Ancaq buna baxmayaraq, tutaq ki sən bir əsər hazırlayırsan, aktyorlarla, müəlliflə, bəstəkarla görüşürsən, təbii ki, orda bu mənada, əlbəttə, yeri gələndə danışıram.

- Sizin dediyiniz anlamda, sözsüz ki, ortaya qoyduğunuz işlərinizdə kifayət qədər danışmısınız. Susmamısınız.

- Bəli..

- Elə bir dövr gəldi ki, yaranan əsərlərə, sənət nümunələrinə qarşı qəribə bir nəzər yönəlməyə başladı. Hər şey sanki təftiş olundu, yenidən üzərinə qayıdılıb araşdırıldı, incələndi və s. Siz də çox əsərlər yaratmısınız. Öz əsələrinizə qayıdıb baxdığınızda nə düşünürsünüz, nəsə dəyişgənlik eləmək fikrinə düşmüsünüzmü?

- Düşünürəm ki, görülən işlərə qayıtmaq lazım deyil. Görülən iş səhvləriylə, uğurlarıyla sənin o dövrü, o düşüncəni əks eləyən bir şeydir, nəsnədir. Ona bir daha yenidən qayıtmağa ehtiyac varmı? Əgər ondan daha yaxşı bir şey eləmək istəyirsənsə, yeni bir şey elə. Amma qayıdıb onu təzədən işləmək... bəzi adamlar var ki, nə vaxtsa yazdığı şeirlərə, əsərlərə təzədən qayıdırlar. Buna bariz misal, mənim sevdiyim yazıçı İsa Muğanna öz əsərlərinə əl gəzdirirdi.

- Bunlara dekonsturuksiya demək olarmı?


- Mən sənətdə dekonstruksiyanın əleyhinəyəm...ancaq hansısa işimi xatırlayıb düşünürsən ki, gərək bunu başqa cür edərdin. Bu kimi fikirlər də ağlıma gəlir. Bəzi şeyləri, məqamları bu yöndə düşünsəm də, ancaq heç bi real iş görmürəm.



- Nə baxımdan dedim. Məsələn, görürsünüz ki, qədim bir məbədi, qalanı hansısa bir hissəsi sökülüb gedib, zamanın hücumlarına məruz qalıb. Biz onu restovrasiya edirik. Eləcə də, ədəbiyyatda, kinoda, incəsənətdə də belə boşluqlar gözə dəyir, çarpır. Bunu təbii ki, sizin kimi sənət adamalrı görür. O baxımdan dedim ki, bəzi sənət əsərlərinin dekonustruksiyaya ehtiyacı varmı, yoxmu? Məqsədim bunu bilmək idi...


- Mən belə düşünürəm, eyni mövzuya müxtəlif adamlar müraciət edə bilərlər. Bu, ayrı-ayrı dövrlərdə baş verəndə lap gözəl olur. Tutaq ki, dünyanın ən məhşur dram əsəri Şeksprin “Hamlet” əsəridir da. Görün, neçə yüz ildir bu əsərə teatr rejissorları, kino rejissorları müraciət edirlər, ama doymurlar. Bu mövzudan asılıdır. Elə mövzular var ki, ona dönə-dönə qayıtmaq lazımdır. Ancaq fərqli nəsillər vasitəsi ilə. Nə üçün maraqlıdır hər dəfə yeni bir versiyaya qulaq asmaq, dinləmək? Çünki nə vaxtsa əsərə yeni bir münasibət varsa, məsələn, Hamlet əsərində hansısa bir motiv rejissora daha önəmli görünürsə, bu artıq onun versiyasıdır. Biz artıq onun o versiyasına baxırıq. Məsələn, diqqəti yönəldir Hamletə yox, digər obrazlara, deyək, Ofelyaya. Sənətin müəyyən biclikləri var ki, onu xüsusi ilə kinoda eləmək mümkündür. Təbii, teatrda da eləmək olur. Bu mənada maraqlıdır. Çünki hər quruluş bir versiyadır.

- Ramiz müəllim, indi bilirsiniz də, artıq bizim cansız deyə nitələndirdiyimiz təbiətin digər canlıları, məsələn fillər də “incəsənətdə uğur qazandıqlarını” bütün dünyaya bəyan etdilər. Taylantlı fillər arasında keçirilən bir rəsm yarışmasında bir fil qızıl gül rəsmi çəkərək birinci yer qazandı. Eləcə də, digər heyvanlar arasında fərqli yetənəklər üzə çıxdığı bəlli. Bu nəyi göstərir. Bu o deməkdir ki, artıq insan bu planetə təkbaşına ağalıq edə bilməz. Çünki insanın iddiası sahib olduğu mədəniyyətlə, elmlə bu planeti təkbaşına idarə etmək və ondan sorumlu hala gəlmək kimi bir intusiyaya hakim idi. Heyvanlar da bu planeti öz yetənəkləriylə bizimlə bölüşməyə iddialı kimi görünürlər. Bəs bizim elədiyimizi onlar da edirsə, bizim onlardan fərqimiz nədir, nə olacaq, biz mədəniyyətötəsi nələr etməliyik ki, varlığımızı qoruya bilək? Bağışlayın, deyəsən sual yekə çıxıdı...


- Siz olduqca qorxulu olan bir şeydən danışırsınız. Məni ən çox qorxudan bir şey ola bilər ki, artıq insan təmasda olduğu texnologiyaya o qədər önəm verə bilər, ona fəaliyyəti üçün bir növ imkan yarada bilər, sonda onun köləsinə dönər. Bu mövzuda filmlər də çəkilir. Hollivud da çəkir filan. Əlbəttə dediyiniz məsəllər məni qorxudur. Bu çox qorxudur məni. Bir vaxtlar ki, şahmatçılar elektron şahmatçılarla yarışa girəndə, mən onda başladım səksənməyə. Çünki bu qorxulu bir şeydir. Yəni bizim yaratdıqlarımız kontroldan çıxa bilər. O zaman, ümumiyyətlə, həyat məhv ola bilər.

- Yəni insanın bu dünya hakimiyyəti demək ki, sona doğru gedir. Sizin qorxu dediyiniz həm də bu düşünmək, düşündürmək deməkdir, yəqin.

- O ki qaldı sizin bayaq dediyiniz fillər, onların gül rəsmi çəkməsi...

- Mən sadəcə olaraq misal çəkdim.

- İnsan təbiətin şahıdır. İnsan beynindən o yana heç nə yoxdur. Ancaq insan bu bilgisayarlara və digər texnologiyalara qarşı azadlığı bir az da artırsalar, daha fəlakətli bir dönəmə qədəm basmalı olacağıq.

- Sizin dediklərinzdən bir şey də alqıladım. Əgər heyvanlar və digər canlılar sənətə, mədəniyyətə sahib çıxmçq istəyərək, bizimlə planetin ortaqlıq məsələsini həll etmək niyyətində isələr, sizcə, bunlara belə bir impulusu verən insandırmı, yəni insandanmı alır bu ilhamı, yoxsa, təbiət, kosmos verir, ya öz intuisiyaları ilə bu şəkildə yola çıxıblar?

- Mənim qorxduğum şey süni intellektdir. Mən canlı intellektdən qorxmuram. Heyvanların intellektindən heç qorxmuram. Sadəcə olaraq onlarla təcrübə aparsalar, o vaxt narahat olaram.

- Sözsüz ki, bu örnəklərlə biz sənətdən söhbət edirik və bu örnəklər sayəsində sanki sənətin nəbzini yoxlayır, onun sabaha nə şəkildə gedib çıxıb çıxmayacağından danışıırıq. Bir də, bilirsiniz, insanın yerini dəyişməsi, köç anlayışı var. Ən azından hansısa planetlərdə məskunlaşmaq, yaşam əldə etmək, həyat sürmək. Bax, bu aspektdən yanaşılsa, sənətə baxışlarımızda dəyişim lazımmı? Yəni bu günə qədər sənətin bizə məlum oyunları neçə dərəcə bucaq altında dəyişməli ki, gələcək insanların köç insiyativində rol oynaya bilsin. Sıradan çıxmasın? Hətta deyək ki, dediklərimizin heç biri mümükün deyil, reallıqdan uzaqdır, ümumiyyətlə belə bir proses baş tutmaya bilər. Ancaq bunu insan beyni düşünürsə, insan xəyalı belə macəraları alqılayırsa, demək bu barədə danışmağa dəyər ki, gələcək zamanlarda sənətin taqəti necə olacaq, yaxut sənət nə vaxtsa öz qamətini düz saxlaya biləcəkmi?

- Ola bilsin bu barədə dəqiq bir şey danışmayım, nəsə dəqiq deməyim. Amma bizim qalaktikamızın, planetlərin və ulduzların sayı Qurani Kərimdəki ayələrin, surələrin sayı ilə eynidir. Mən bu faktla tanış olanda, sanki dondum. Burda söz bitir. Kommetariyaya ehtiyac qalmır. Bizi idarə edən bir qüvvə var. Biz hamımız o qüvvənin hüceyrələriyik.

- Sizdən bunu eşitmək maraqlıdır...

- Mən belə bir şey oxuyanda qurudum. Qurudum sadəcə. Yadıma düşdü ki, Jak-iv Kusto vaxti ilə ona kimsə məsləhət görmüşdü ki, Quranla tanış olsun. Bilirsiniz ki, müsəlmanlığı qəbul eləmişdi. Nəyə görə. O Quranda oxuyub ki, bəs yer var, deyir “iki dəniz var ki suları bir - birinə qovuşmur”.

- Hə... “iki dənizin kəsişdiyi yerdən çıxan şirin su haqqı”. Bir ayətdə belə bir and içmə var.


- Bəli... bəli..indi biz burada din söhbəti etmirik.

- Biz sənət söhbəti edirik. Həm də dinin sənətə çəkəcəyimiz, yaxud sənəti dinə yönləndirəcəyimiz bir tərəfi də ola bilər da...

- Mən dünyanı idarə edən, buna qüvvə də demək olmaz ee, müəyyən bir qanunlar var, bax, biz o qanunların içindəyik. O qanunları kim yaradıb mən bilmirəm.

- Çox qəribədi, elə biləsən bizim Azərbaycan ədəbiyyatında, kinosunda sanki yarımçıq obraz məsələsi var. Yəni obrazlarımız həm kamil deyil, intellekt ola bilər, həm kamil deyil, həm də sanki tam bizi ifadə etmir. Bir bütövlük baxımından. Nəyə görə siz kamil insan obrazı ardınca getmədiniz. Nəyə görə peyğəmbəri elə siz çəkmiyəsiniz? Axı buna sizin kimi bir sənətkarın nəfəsi də, qüdrəti də çatar?


- Bilmirəm. Bəlkə də mən gəlib ona da çıxacam. Görülən işlər haqqında danışmaq əbəsdir. Onlar görülüb. Görüləcək işlər barədə danınşanda isə, sənin gördüyün bütün işlər, bioqrafiyan, düşüncə tərzin hamısı gəlib sonucda bir addımın atılmasına çıxaracaq. Ola bilsin mən bir az dağınıq danışıram. Adam istəyir bir yerə düşüncəsini cəmləsin. Siz başqa yerə keçirsiniz. Siz də xeyli budaqları silkələyirsiniz.

- Anlayıram sizi. Xoşdu.. heç bir problem yoxdur...


- Sənət çox aydın ola bilər da. Tutaq ki, aktyordur, materialdır, onun təcəssümüdür aktyorun ifasında filan. Ancaq o qədər motivlər var ki, eyni əsəri 3 rejissor götürsün, onların hər biri tamam başqa bir variantda ortaya əsər qoyacaqlar. Yəni sənət variantların üzərində qurulub. Hər kəs öz variantını gətirir, təqdim edir sənətə. Bu mənada əgər şəxsiyyətsə bu işi görən adam, mütləq onun işi diqqəti cəlb edəcək. Əgər şəxsiyyətsə, o motivlər onun içində onu tərpədirsə, deməli o maraqlı olacaq. Əks təqdirdə, bu sənət kimsəni cəlb etməyəcək. Yəni həm də o əsər qalmıyacaq.

- Ümumiyyətlə, prespektivdə bir planınız, proyektiniz varmı? Yaxın gələcəkdə. Bəlkə illərdir düşündüyünüz bir film var. Yaxud bir filmdə aktiyor kimi rol almaq istəyi?

- Xeyir, bu mənə uyğun deyil. Ancaq yarımçıq qalmış proyektlərim var. Məsələn, “Fatehlərin Divanı”. O, təxminən 50 serialdan ibarət bir şey olmalıydı. Orda bizim uzaq tariximizdənn gəlib Mİrcəfər Bağırovda dayanmalı idik. Belə düşünmüşdük. Orda Azərbaycanın deyil, həm də türk dünyasının o dönəmləri, tarixi, stuasiyaları müzakirə olunmalı idi, qismət olmadı. Sadəcə olaraq Azərbaycan teleməkanında yeni bir stuasiya yaranıb. Mənim də bura rəhbər gəlməyimə ola bilsin ki, bu mövzunu davam etdirməyyimə bir işıq yeri verəcək.( 2019-cu ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib:-x.t.) Çox ürəyimdən keçir ki, “Fatehlərin Divanı”nı davam eləyək. Ayrı planlarım da var. Haqverdiyevin gələn il 150 yaşı tamam olur. Mən də bir zamanlar onun yaradıcılığına mürtaciət edən biri kimi, “Ac hərflər”in quruluşçu rejisssoru kimi istərdim ki, ona yenidən qayıdam. Məncə, Haqverdiyev daha çox ədəbiyyatımızda, mədəniyyətimizdə daha dramatikdir. Zadəgan idi bu adam. Bu quruluşa xidmət etməyə başladı. Biri var C,Cabbarlı zadəgan deyildi. Xalqın içindən çıxmış bir adam idi. Bəlkə də sovet quruluşu gəlməsəydi, C.Cabbarlı türk dünyasının ən böyük türkçü şairi olardı. Olmadı. Ancaq oldu Azərbaycan sovet drtamaturgiyasının banilərindən biri və bu quruluşu vəsf edən bir sənət adımı. Haqverdiyev bir başqa cürdür. Sona kimi bu quruluşla heç barışmadı. Dolayı yolla öz əsərləri ilə, məsələn, “Ağa Məhəmməd Şah Qacarı” yazdı, “Kimdir Müqəssir”i yazdı, “Xortdanın cəhənnəm məktubalrı”nı yazdı. Mənim üçün onun yaradıcılığı yeni mərhələdə çox maraqlıdır.

- Hüseyn Cavid sizi düşündürübmü? (qəsdən verirəm bu sualı və ayrı aspektdə)


- (Gülür) Hüsüyn Cavid haqqında film çəkmişəm. “Topal Teymur”u qoymuşam.

- Bilirəm. Sizcə, Cavidin “Peyğəmbər” əsərini film çəkə bilərsinizmi?


- Mən bu barədə düşünməmişəm.

- Yaxud “İblis”i?


- “İblis” dünyada bu və ya digər interpertasiyada qoyulur da.

- Yox ee, bunu bir filmə çevirmək olarmı?


- Əlbəttə olar. Kino tək başın məsulu deyil e. Filimdə bir kopllektivin başı işləyir. Burda prodüserlər, ssenaristlər, rejissorlar, qurumlar, bunlar hamısı birgə olmalı və bunların hamısı öz işlərini görməlidirlər. Ümid edək ki, tənəzzül dövründən tez qurtarılsın, yeni dövrə girə bilək. Mən istərdim ki, o artıq baş versin. Olacaq olmayacaq, o artıq mənim istəyimdən asılı deyil.

- Gəncliyin gücünü dünyanı qavrama və sənətin müxtəlif sahələrindəki rolu baxımından necə qiymətləndirə bilərsiniz?

- Məncə, onu hələ zaman göstərəcək. Həm də gənclərin boynuna çox şeyləri yükləmək lazım deyil. Onların həyat təcrübəsi düşüncə tərzi elə yerə gəlib çatmalıdır ki, onlar məsuliyyəti öz boyunlarına götürsünlər. Desinlər ki, mən bu işi görürəm və düşünərək görürəm. Ancaq hər sahədə kəmiyyətə işləyən, imitasiya edənlər olduqca çoxdur. Amma ciddi adamlar da var. Mən burda telefilmdə rastlaşıram. Biz 1993-cü ildən 96-cı ilə kimi hər ay gənclər arasında müsabiqələr keçirirdik. “Sabah Yaradıcılıq Birliyi”ni yaradanda xoş məqsədlə yaratmışdıq. Rəqabət lazım idi. Orda da xeyli gənc vardı istedadlı. Məncə, gənclərə inanmaq lazımdır. Ancaq inanmaqdan qabaq onları görmək lazımdır.

- Siz görürdünüzmü?


- Çalışırdım hər halda, çalışırdım görüm. İndi də çalışıram.

- Çox sağ olun. Vaxt ayırdınız bizə.


- Ola bilsin bəzi şeyləri adladım. Mən bir az özünə qarşı tələbkarlıq hissilə yaşayan birisiyəm. Özümü çox təftiş edir, tənqidi yanaşıram. Hər halda söhbət elədik.

Söhbətləşdi: x. telmanoğlu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər