Fransaya məxsus yük gəmisi Hörmüz boğazından keçərkən vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bildirilib ki, "CMA CGM San Antonio” gəmisinə edilən hücum nəticəsində ekipaj üzvləri yaralanıb.
Məlumata görə, gəmi ciddi şəkildə zədələnib. Artıq yaralılar müalicə üçün təxliyə edilib.
İran hökuməti Hörmüz boğazından keçmək istəyən gəmilər üçün e-poçt ünvanı təqdim edərək, tranzit prosedurlarını bu ünvan vasitəsilə həyata keçirmələrini xahiş etmişdi.
Bəyanatda, "Hörmüz boğazı üzərində suverenliyin həyata keçirilməsi üçün yeni mexanizm İran tərəfindən hazırlanıb və tətbiq edilib" deyilir.
Boğazdan keçmək istəyən gəmilərin "
[email protected]" ünvanından Hörmüz boğazından keçid qaydaları ilə bağlı elektron məktub alacağı və gəmilərin bu çərçivəyə uyğun olaraq tranzit icazələri ala biləcəyi qeyd edilib.
SEPAH isə bildirmişdi ki, İranın elan etdiyi dəhliz xaricindəki marşrutlardan istifadə edən gəmilərin qarşısı alınacaq.
Bilal, BakuPost