Ru
14:31 / 06 Avqust 2025

İranda Güney Azərbaycandan olan jurnalist həbs edildi - FOTO

İranda Güney Azərbaycandan olan jurnalist həbs edildi - FOTO
Eye

Güney Azərbaycandan olan jurnalist Meysəm Rəşidi Ərdəbil meri Mahmud Səfərinin çıxışını tənqid etdikdən sonra İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.


Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Yaxınlarının sözlərinə görə, saxlanılmasına səbəb onun sosial şəbəkələrdə merin fəaliyyəti ilə bağlı tənqidi paylaşımları olub.

Bundan bir neçə ay əvvəl isə meriya əməkdaşları Meysəm Rəşidini öz evində döyüblər və nəticədə onun burnu sınıb. Hüquq müdafiəçiləri bu hadisəni İranda söz azadlığının məhdudlaşdırılması və jurnalistlərin təhlükəsizliyinə təhdidlərin növbəti nümunəsi adlandırırlar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar