Ru
13:42 / 09 Yanvar 2026

İsraildəki səfirlik işçiləri təcili evakuasiya edilir – İran mediasından ilginc İDDİA – FOTO

İsraildəki səfirlik işçiləri təcili evakuasiya edilir – İran mediasından ilginc İDDİA – FOTO
Eye

Rusiya İsraildəki səfirliyinin əməkdaşlarını və onların ailələrini təcili qaydada evakuasiya edir.

Bakupost.az "Daily Iran News" telekanalına istinadən xəbər verir ki, məlumatlara görə, son 24 saat ərzində üçüncü belə təyyarə reysi həyata keçirilib.



Rusiya tərəfinin bu addımı barədə rəsmi açıqlama olmasa da, media və aviareys izləmə məlumatları bu qərarın fövqəladə xarakter daşıdığını göstərir. Ekspertlər bildirirlər ki, belə hərəkətlər sadəcə planlaşdırılmır. Moskvanın bu addımı əldə etdiyi məlumatlara əsaslanaraq atdığı ehtimal edilir.



Hələlik Rusiya Xarici İşlər Nazirliyi və səfirlikdən mövzu ilə bağlı rəsmi təsdiq yoxdur. Aviareys izləmə resursları, reyslərin sayını və həyata keçirildiyi müddəti göstərsə də, bu məlumatlar təsdiqlənməyib.

Müxtəlif ekspertlər bildirirlər ki, belə addımların səbəbi diplomatik, təhlükəsizlik və geosiyasi risklərlə bağlı ola bilər, lakin Moskvanın konkret hansı məlumatlara əsaslanaraq evakuasiya qərarı verdiyi hələlik məlum deyil.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar