Ru
11:12 / 10 Oktyabr 2025

Lənkəranda dəhşətli qəza - Şagird və tələbələr yaralandı - FOTO

Lənkəranda dəhşətli qəza  - Şagird və tələbələr yaralandı - FOTO
Eye

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının rayonun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi “VAZ - 2106” markalı minik avtomobili Eldəniz Əmrəyevin sükanı arxasında olduğu “Renault” markalı maşınla toqquşub.

Qəzada “VAZ”ın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, xəsarət alan azyaşlılar şagird və digər iki nəfər isə tələbədir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar