Livan İsrailin bir neçə yerdə öz ərazisini zəbt edən sədd çəkməsinə cavab olaraq BMT Təhlükəsizlik Şurasına şikayət etmək qərarına gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə Prezident Cozef Aunun dəftərxanasının bəyanatında deyilir.
“Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) İsrailin 2000-ci ildə beton divar inşa edərkən qoşunlarının təxliyyə edilməsindən sonra yaradılmış sərhədi pozması ilə bağlı hesabatının dərcindən sonra Prezident Cozef Aun xarici işlər naziri Yusif Raciyə BMT Təhlükəsizlik Şurasına təcili şikayət göndərməyi tapşırıb. Orada qeyd olunur ki, İsrail ordusunun qurduğu sədd cənub sakinlərinə məxsus torpaqlara girişi əngəlləyir.
Noyabrın 14-də UNIFIL Komandanlığı İsrailə divarın bir neçə hissəsinin sökülməsi və Livan ərazisində tikinti işlərinin dayandırılması zərurəti barədə məlumat verib. Çünki bu, "BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və Livanın suverenliyinin ciddi şəkildə pozulması" deməkdir.
Sülhməramlıların hesabatında qeyd olunub ki, Aytarun, Marun ər-Ras və Yaroun kəndləri yaxınlığında sərhəd pozuntuları qeydə alınıb.