Ru
21:45 / 24 Avqust 2021

Məktəbli formalarının qiyməti: 40-50 manat olacaq

Məktəbli formalarının qiyməti: 40-50 manat olacaq
Eye

“2017-ci ildən bəri məktəbli formalarının qiymətində heç bir dəyişiklik yoxdur”.



Bakupost.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

O bildirib ki, 2010-cu ildən məktəbli formaları hazırlanır və tikiş üçün materiallar Türkiyədən alınır:

“Yeni formalar hələ təsdiq olunmayıb. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. Tələbata uyğun olaraq kifayət qədər məktəbli forması hazırlanıb.

1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır.

Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar