Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Bakupost.az xəbər verir ki, Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.
"Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə o "Agro Dairy" MMC-də eyni vəzifəni tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq"in strukturuna daxildir.
Bundan öncə isə Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub və "Port Baku Towers"in baş direktoru olub.
2001-2009-cu illər ərzində isə "Bakcell" MMC-də baş kommersiya inzabatçısı kimi çalışıb.
Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.