Ru
10:45 / 10 Oktyabr 2025

Məşhur avtosalonda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı

Məşhur avtosalonda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı
Eye

Bakıda fəaliyyət göstərən məşhur "Okean Avtosalon"unun satış meneceri və qanuni təmsilçisi Səbuhi Məmmədov vəzifəsindən azad edilib.

Bakupost.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məşhur "Okean Avtosalon"unda aparılan səyyar vergi yoxlamaları zamanı külli miqdarda vergi pozuntularının aşkarlanması olub.

Belə ki, idarə tərəfindən "Okean Avto 2011" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Okean Avtosalon"larında aparılan səyyar vergi yoxlamaları zamanı 1,5 milyon manata yaxın vergidən yayınma halı aşkarlanıb.

Nəticədə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində "Okean Avto 2011" MMC-yə 994700.73 manat əlavə vergi, 510122.97 manat maliyyə sanksiyası tətbiq edilib.

2011-ci ildən "Okean Avtosalon"larının qanuni təmsilçisi və satış meneceri vəzifəsini tutan Məmmədov Səbuhi Ənsar oğlu vəzifəsindən kənarlaşdırılıb. Onun erinə Qubadov Malik Elxan oğlu gətirilib.

"Okean Avtosalon"undan Səbuhi Məmmədovun Malik Qubadovla əvəzlənməsini təsdiqləyiblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar