Milli Məclisin bu gün keçirilən iclasında maraqlı anlar yaşanıb.
Bakupost.az xəbər verir ki, YAP-çı deputat Səyyad Aran çıxışa yazıla bilməməsindən şikayət edib.
"Mən bu lövhəyə düşə bilmirəm. Ən müxtəlif kombinasiyalardan istifadə edirəm. Ya əlimi üstünə basıram, ya tez-tez basıram, ya da məqamı tutub düyməni basıram, düşə bilmirəm ki, bilmirəm. Görürsünüz, başqaları da deyir”, - deyə deputat çıxış üçün söz ala bilməməsindən şikayətlənib.
Spiker Sahibə Qafarova isə onun sözlərinə belə reaksiya verib:
"O kombinasiyalar nə kombinasiyalardı, xahiş edirəm, deyin. Özü də onu burda oturan hansı düşmən edir? Deyirsiniz ki, müxtəlif kombinasiyalardan istifadə edirəm və mən düşə bilmirəm. Səyyad müəllim, burda nə kombinasiyalar var? Sadəcə, düyməni basmaq lazımdır. Təsəvvür edin, burda 125 nəfər oturur, hər biri də istəyir. İndi kimsə düşür, kimsə düşmür" .
O, daha sonra çıxışa yazılanların çox olduğunu, hamıya söz vermək imkanının olmadığını bildirib və çıxış üçün Səyyad Arana söz verib.
Lalə, BakuPost