Ru
11:57 / 19 İyun 2017

Mover.az-dan yeni layihə - www.esgeremektub.com

Mover.az-dan yeni layihə -  www.esgeremektub.com
Eye

Sərfəli, sürətli və peşəkar çatdırılma xidməti olan Mover.az daha bir sosial layihəsi ilə gündəmə gəlib. Silahlı Qüvvələr Günü ərəfəsində şirkətin dəstəyi ilə www.esgeremektub.com saytı hazırlanıb.

 

Bu sayt vasitəsilə hər kəs Azərbaycan Əsgərinə yaza biləcək, ona ürək sözlərini, mənəvi dəstəyini ifadə edəcək, Vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz-bəbəyi kimi qoruyan yenilməz Ordumuza öz minnətdarlığın çatdıracaq.

 

"Mover.az" şirkəti həmçinin APA Holdinglə birlikdə  Silahlı Qüvvələr Gününə ithafən "Salam, əsgər" adlı video çarx hazırlayıb. Video çarxda tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan əsgərinə öz məktubunu oxuyub.  "Mover.az" digər tanınmışları da bu aksiyaya qoşulmağa, Azərbaycan Əsgərinə səslənməyə çağırır. 

 

Respublika Günü ərəfəsində hazırladığı çərçivə vasitəsilə yüzminlərlə "facebook" istifadəçisinin  profilində Cümhuriyyətimizin 99 illiyinin anılmasına dəstək olmuş Mover.az bu dəfə də Silahlı Qüvvələri Günü üçün yeni çərçivə hazırlayıb. Artıq facebook sosial şəbəkəsində yayılmış çərçivə ilə profil şəklini yeniləyən istifadəçilər bu aksiyaya qoşula bilirlər.

 

Qeyd edək ki, istifadəçilər www.esgeremektub.com saytından da profil şəkillərini yeniləyə bilərlər. Bu saytda Azərbaycan Əsgərinə məktub yazmaqla yanaşı, "Salam, əsgər" video çarxını izləmək, digər məktubları oxumaq da mümkündür.


 
BakuPost
Şərhlər
  • Məhəmməd Əsgərov

    Salam mənim vətənimin keşiyində duran əsgər necəsən!Yaxşisan? Bilirəm ki, Azərbaycan Respublikası öz əsgərlərinə çox yaxşı baxır ! Men hərdən fikirləşirəm bizim əsgərlərimiz düşmənlə vuruşan zaman mən necə əlim qolum bağlı oturum yaşım az olsa da düşmənlə vuruşmaq istəyirəm!Mən öz əsgərlərimizə biləklərinə qüvvət arzu edirəm !Herden televiziya xəbərlərinə baxıram gör hansı Azərbaycan torpağı düşmən tapdağından azad ediləcək ! Gecələr gözümə yuxu getmir .20 oktyabr mənim ad günümdür inanırsınız ki Zəngilan rayonunun azad olunmasını eşidəndə çox sevindim .Yaşasın Azərbaycan ordusu ! Qarabağ Azərbaycandır !

  • Məhəmməd Əsgərov

    Əsgərə məktub

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar