Ru
15:17 / 20 Sentyabr 2017

Müdafiə Nazirliyi MAXE yığır

Müdafiə Nazirliyi MAXE yığır
Eye

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

 

BakuPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

 

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) SQ TTM-in komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsiyyət qurmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

 

Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir.

 

Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

 

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul şərtləri:

SQ TTM-də təşkil olunan "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ən azı ümumi orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.

 

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na namizədlərlə onların kursu bitirdikdən sonra 3 il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır.

 

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 sentyabr 2017-ci il tarixdən 3 oktyabr 2017-ci il tarixədək ərizə ilə SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm. və 2 ədəd 9x12 sm. ölçüdə);

- məhkumluğun olub olmaması barədə qeydiyyatda olduğu polis idarəsi (şöbəsi) tərəfindən verilmiş arayış;

- hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti - 2 ədəd;

- sağlamlıq haqqında yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş arayış (forma 7).

 

Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

 

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq” hərbi şəhərciyi. (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, telefon: (012) 538-85-62)

 

Müraciət etmə vaxtı: sentyabrın 20-dən oktyabrın 3-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 18.00-dək

Şərhlər
  • Nicat ilyasov

    Mən ilyasov nicat fazil oğlu 01.01.2004 ci ildə Siyəzən rayon dağ quşçu kəndində anadan olmuşam və 2022 ci ildə 703 nömrəli hərbi hissədə xidmətdə olmuşam bu Və MAXE kimi işləmək istiyrem xahiş edirəm köməklik göstərəsiniz boy -1.76 çəki-76 əlaqə nömrəsi 077 608 04 60

  • Kərim zeynalzadə

    Salam men kərim zeynalzadə hidayət oğlu 03.04.2003 ci ildə anadan olmuşam 12.09.2021 ci ildə 072 nömrəli H/H xidmet etmişəm 05.01.2023 ci ildə xidmətimi başa vurmuşam 07.02.2024 ci ildə komandoya qebul olmuşam MAHHXHQ kimi hal hazırda xidmet edirem sizdən xayişim məni 052 təməl kursuna cəlb edəsiz bütün narmativleri verirem boy 1.80 çəki 70 kg yaşadıqım ünvan Ağdam rayonu tel.050-898-16-70

  • Elgün Abbasov

    DAŞKƏSƏN RAYONU

  • Resad huseynov

    1.81 bog kilo63

  • Fariz Ferecov

    Salam 21 yasim var maxe islemk isdeyirem heribde olmusam texris olmusam indi konulu qayitmag isdeyirem xais edirem mene komek edesiniz elaq nomrem budu 050.782.88.37

  • Elşən Cəfərov

    Salam mən Cəfərov Elşən Əlsahib oğlu 14.07 1987.cildə Saatlırayonun Ortamugankəndə Andan olmuşam ordu sıralarınada xidmət etmək isdəyirem isdələn yerdə xidmət etməyə hazıram.0514870746.

  • Nihad Həsənov

    Salam Mən Həsənov Nihad M.X.H.Q xidmət etməyə istəyirəm

  • İlkin Dadaşlı

    Məndə maxe olmaq istəyirəm boyum 1.87.çəkim 88 kq.dır.əlaqə nömrəm 0706694757

  • Nebi Memmedov

    Həmişə yaziram ama cavab gelmir biz derdimizi hara deyek bir cavab deyinde bura nə üçündu

  • Nebi Memmedov

    8ilmuddetden artiq kimi xidmet etmişəm döyüşlərdə olmuşam 50ci madasinle texris olmuşam takiral xidmət etmek isteyirem 0505606309 xayiş edirem alaqe saxlayin

  • Ilhame Ibrahımova

    Men ıbrahımova ilhame İlham Qızı herbı xıdmetde işlemek isteyirem xayiş edırem menı işe goturesınız

  • Əlinağıyev Abbas

    Salam Hər Vaxtınız Xeyir Olsun.) Mən Əlinağıyev Abbas Nizami oğlu 2002 ci il Təvəllüdlü Ordu Sıralarında MAXE işləmək Vətənimin Xidmətində Durmağ istəyirəm Ümüd Edirəm Tez bir zamanda Cavablandırasız Öncəliklə Təşəkkürlər Tel: 0518342651

  • Bəyov Suleyman

    Salam hər vaxtınız xeyir Azərbaycan Ordusunda xidmət etmək istəyirəm

  • Əhmədov ilqar

    Salam mən Əhmədov ilqar İnqilab oğlu 02.06.2002.tevelud müddətdən artıq həqiqi hərbi xidmət etmək arzusunda yam xaiş edirəm mənə kömək edəsiniz mən də müddətdən artıq həqiqi hərbi xidmətə etmək isdiyirem 051.535.37.41

  • Ursan sukrulu

    Maxe olmaq isdeyirem yigun ne vaxti 2ci ordu korpsinda xidmet elemk isdeyirem

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar