Ru
16:59 / 26 Noyabr 2025

Orban Putinlə görüşəcək

Orban Putinlə görüşəcək
Eye

Macarıstanın baş naziri Viktor Orban noyabrın 28-də Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə Macarıstanın "Telex" nəşri bildirib.

Nəşrin məlumatlı mənbəyə istinadən xəbərinə görə, baş nazir Putinlə cümə günü Moskvada görüşəcək.

Nəşrin sorğusuna cavab olaraq Macarıstan hökumətində bildirilib ki, Orbanın xarici səfərləri barədə ictimaiyyət “adi qaydada” məlumatlandırılacaq. Yəni bu məlumat nə təkzib olunub, nə də təsdiqlənib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Putin və Orban arasında mümkün təmaslar barədə Kremlin özü məlumat verəcək.

Məryəm, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar