İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.
Bakupost.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Pezeşkian Laricaninin təyinatı ilə bağlı müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri vəzifəsini tutub.