Ru
00:16 / 16 Avqust 2025

Putin Ukrayna ilə bağlı sualı eşitməzliyə vurdu - VİDEO

Putin Ukrayna ilə bağlı sualı eşitməzliyə vurdu - VİDEO
Eye

Alyaskada təyyarədən enən Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp tərəfindən qarşılanması zamanı Rusiya lideri jurnalistin sualını eşitməzliyə vurub.


Bakupost.az xəbər verir ki, maraqlı məqamın görüntüləri sosial şəbəkədə paylaşılıb.


Belə ki, prezidentlər görüşüb, fotoqraflara poz verərkən xanım jurnalist uca səslə Putinə “Ukraynada dinc insanları qətlə yetirməyi nə zaman dayandıracaqsınız?” sualını ünvanlayıb.


Putin sualı qulaqardına vurmağa çalışsa da, jurnalist daha yüksəkdən sualını təkrarlayıb. Bu zaman Putin əli ilə qulağını göstərərək sualı eşitmədiyinə işarə edib.

Tramp isə əyilərək ona nəsə deyib, bundan sonra ikisi də avtomobilə doğru hərəkət ediblər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar