Ru
23:57 / 23 Avqust 2019

Qəzzada yeni toqquşmalar

Qəzzada yeni toqquşmalar
Eye

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb.

BakuPost xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Maan" informasiya agentliyi sahilyanı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.


Qeyd edilir ki, 50-dən çox yaralı odlu silahdan açılan atəş zamanı xəsarət alıb. Onlar arasında 3 tibb işçisi də var.


Məlumata görə, sektorun bir neçə yüz sakini cümə duasından sonra 71-ci "Qayıdış marşı"na çıxıblar. Onlar İsraillə sərhədə gəliblər. İsrailin hərbi qulluqçuları sərhəd xəttində onlara yaxınlaşan fələstinlilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər və atəş açıblar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar