Ötən gün mətbuatda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bütün futbolçuları böyük məbləğdə cərimələdiyinə dair məlumat yayılıb. Qurban Qurbanovun "Atletik Bilbao" ilə oyunda futbolçularının performansından narazı qaldığı üçün belə bir addım atdığı iddia edilib.
Bakupost.az bildirir ki, məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Unikal"a açıqlama verib. O yayılan məlumatların əsassız olduğunu deyıb:
"Bu iddialar yalandır. Futbolçulara heç bir cərimə tətbiq edilməyib. Komanda İspaniyadan qayıtdıqdan sonra normal qaydada məşqini edib və növbəti oyunlara hazırlaşıb", - deyə o əlavə edib.
Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.