Ru
09:44 / 18 Avqust 2025

Rusiya SOCAR-ın daha bir terminalını vurdu - VİDEO

Rusiya SOCAR-ın daha bir terminalını vurdu - VİDEO
Eye

Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti hücum həyata keçirib.


Bakupost.az Ukraynanın “Unian” portalına istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi “Shahed” tipli PUA ilə vurulub. Hadisənin detalları hələ açıqlanmayıb.

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə də rusiyalı hərbçilər SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində yanğın baş vermiş, dizel boru kəmərinə zərər dəymişdi. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanmışdı.

Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar