Ru
11:10 / 24 İyul 2025

Rusiya təyyarəsindəki bütün sərnişinlər ölüb - VİDEO

Rusiya təyyarəsindəki bütün sərnişinlər ölüb - VİDEO
Eye

Rusiyada içərisində 49 nəfərin olduğu An-24 tipli sərnişin təyyarəsi radarlardan itib.


Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, “Anqara” aviaşirkətinə məxsus təyyarə Xabarovsk – Blaqoveşensk – Tında marşrutu üzrə uçuş həyata keçirərkən radarlardan itib və hazırda onunla əlaqə qurmaq mümkün deyil.

Amur vilayətinin qubernatoru Vasili Orlovun verdiyi məlumata əsasən, təyyarənin göyərtəsində 43 sərnişin, o cümlədən 6 ekipaj üzvü olub.

İtkin düşmüş təyyarənin axtarışlarına Mi-8 helikopteri və yerüstü axtarış-xilasetmə qrupları cəlb olunub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

---
11:05

Rusiyada qəzaya uğrayan təyyarədə olan 43 sərnişin və 6 ekipaj üzvünün hamısı ölüb.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb.

Axtarış helikopteri Mi-8, ətrafdakı sıx meşəlik səbəbindən yanan təyyarənin yaxınlığına eniş edə bilməyib. Hadisə yerinə piyada axtarış-xilasetmə qrupu yola düşüb.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar