“Dünya bazarında bahalaşma və ərzaq qıtlığının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Rusiya dünyada ən çox buğda istehsal edən ölkədir. Ukrayna isə bu göstəriciyə görə dünyada beşinci yerdədir. Rusiya ildə 32 milyon ton, Ukrayna isə 18 milyon tondan çox taxıl ixrac edir. Bu iki ölkə arasındakı müharibə dünyada ərzaq qıtlığına və bahalaşmaya öz təsirini göstərir”.
Bakupost.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi ilə əldə olunan razılaşmaya əsasən, Azərbaycana sifariş verdiyimiz qədər taxıl daxil olur:
"Bu, o deməkdir ki, əhalimizi ciddi təhlükə, qıtlıq gözləmir”.
Ç.Qənizadə vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə bu il 50 min hektar sahədə taxıl-əkilib becərilib. Növbəti ildə 100 min hektar sahədə taxılın əkilməsi nəzərdə tutulub:
“Torpaqlar minalardan təmizləndikcə əkin sahələri də artırılacaq. Bu da ölkənin zəruri ərzaq məhsulları ilə təminatında mühüm rol oynayacaq. Prezidentin qeyd etdiyi kimi, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq”.
Sevinc
BakuPost
Ölkə iqtisadiyyatının ağırlığı əhalinin boğazına yönəlmiş cərimə və bahalıqlara əsaslanır.Güzəran ehtiyacları,artıq dözülməz stadiyaya yüksəlib.Əhali yaşamaq üçün olanını satır.Dərman və ərzaq almaq çətinləşir.Sanki,Kufədə suyun qarşısını kəsən yezuit kürdlərinin qəzəbi ilə rastlaşmışıq...