Ru
14:06 / 11 Avqust 2026

Səfirlərimiz niyə geri çağrılır?

Səfirlərimiz niyə geri  çağrılır?
Eye

Dünən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir sıra səfir təyinatları reallaşıb. Belə ki, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, bir qədər əvvəl iyulun 28-də də Azərbaycanın İtaliya, Tacikistan və Qazaxıstanda da yeni səfirləri təyin edilib. Elçin Hüseynli Azərbaycanın İtaliyada, Əlimirzamin Əsgərov Qazaxıstanda və Elxan Qəhrəman isə Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nemət Zeynal oğlu Nağdəliyev Estoniyaya, Xəzər Nadir oğlu Fərhadov Malayziyaya səfir gğndərilib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Bakupost”a bildirib ki, səfir təyinatı ilə bağlı dəyişikliklər rotasiyaya uyğun olaraq həyata keçirilir:

“Müvafiq qanuna görə səfirlərin xidmət müddəti müəyyən olunur. Ona görə də rotasiya zamanı yetişəndə, ona uyğun olaraq da sözügedən xidmətdə dəyişikliklər baş verir. Müstəsna hallarda bu müddət uzadıla da bilər. Yəni bu səfir dəyişikliklərində qeyri-adi nəsə yoxdur. Bu və ya digər ölkədə 5 illik müddətdə səfir xidməti həyata keçirilir. Sonra da onun əvəz olunması nəzərdə tutulur. Bu baxımdan hətta bəzi səfirlər öz fəaliyyətlərini digər ölkələrdə davam etdirirlər”.

T.Zülfüqarovun sözlərinə görə, adətən rotasiya işləri yay fəsli dövründə baş verir:

“Yay fəsli siyasi baxımdan bir qədər sakitlik dövrüdür. O baxımdan rotasiya, yəni dəyişmə işləri həmin müddətdə baş verir. Ölkələrdə siyasi həyat yenidən “qaynayandan” sonra isə səfirlər etibarnamələrini təqdim edib, xidmətlərini davam etdirirlər. Bu təcrübədən digər ölkələrdə də istifadə olunur”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar