Ru
16:36 / 28 İyul 2017

Sərfəli “Tətil” paketlərindən birini seç, Ukraynaya “Nar” ilə səyahət et

Sərfəli “Tətil” paketlərindən birini seç, Ukraynaya “Nar” ilə səyahət et
Eye

Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün "Nar” rominq qiymətlərini daha sərfəli edib.



Şirkətdən BakuPost.az-a verilən məlumata görə, mobil operatorun təqdim etdiyi "Tətil” paketləri xüsusilə qonşu ölkələrə səyahət edənlər üçün daha əlverişlidir. Məsələn, Ukraynaya mütəmadi səyahət edən istifadəçlər rominqdə internetin indi daha sərfəli olduğunu qeyd edir, sərfəli internet paketləri sayəsində artıq Kiyev, Xarkov, Odessa və ya Lvovda də özlərini evdəki kimi hiss edir, Wi-Fi axtarmağa ehtiyac duymurlar. Artıq Ukraynaya gedərkən, "Nar”-ın "Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.



Təklif çərçivəsində 200 Mb həcmindəki "Tətil – 2” və 600 Mb həcmindəki "Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. Təklif "Nar” operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək "Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. "Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, "Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.

 

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar