Ru
09:24 / 05 İyul 2023

"SOCAR-AQŞ"nin keçmiş direktoru həbs edildi - 16 milyonluq mənimsəmə

"SOCAR-AQŞ"nin keçmiş direktoru həbs edildi - 16 milyonluq mənimsəmə
Eye

"SOCAR-AQŞ" MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla bildirir ki, R.İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi açılıb. 16 milyon manat mənimsəmədə ittiham edilir.


Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə "SOCAR-AQŞ" MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar