Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.
Bakupost.az -a bu barədə "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.