Ru
23:04 / 29 Aprel 2024

Sumqayıtda itkin düşən məktəbli tapıldı - YENİLƏNDİ

Sumqayıtda itkin düşən məktəbli tapıldı - YENİLƏNDİ
Eye

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.

Bu barədə azyaşlının ailəsi məlumat verib.

Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.


Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.

***

Sumqayıtda azyaşlı itkin düşüb.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində baş verib.

Doqquz yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.

Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959-90-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar