Ru
11:18 / 18 Noyabr 2025

Taksi sürücüsü sükan arxasında yatdı – “Plan 150 manatdır”

Taksi sürücüsü sükan arxasında yatdı – “Plan 150 manatdır”
Eye

Hava limanında çəkilən görüntülər geniş müzakirələrə yol açıb.

Bakupost.az Milli.Az-a istinadən xəbər verir ki, maşının içərisində yatan sürücünü lentə alan şəxs taksi sürücülərinin çox işləməsindən şikayətlənib.

“Planı etmisiniz 150 manat, səhər 8-dən axşam 10-a kimi işləyirlər yorulurlar”, - deyə videonu çəkən şəxs gileylənib.

O bildirib ki, yorğun şəxslərin yola çıxması hər birimiz üçün təhlükəlidir.

Qeyd edək ki, bir müddət əvvəl bəzi taksilərin hava limanı ərazisindən müştəri götürməsinin qadağan edilməsi ilə bağlı məsələ gündəmdə idi. Sonradan məsələ ilə bağlı dəyişiklik olundu, bəzi taksi şirkətləri yeni qaydalarla işləməyə başladı.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar