Ru
10:33 / 18 Noyabr 2025

"Putinin agentidir deyirdilər... " - Natiq Cəfərli

"Putinin agentidir deyirdilər... " - Natiq Cəfərli
Eye

“ABŞ, Qərb, Baydenin dönəmində Rusiyaya qarşı sərt addımlardan çəkinirdi, atmırdı”.

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, məhz Tramp administrasiyası Rusiyanın Ukraynaya təcavüzü, işğala başladığı gündən ilk dəfədir ki, Moskvaya qarşı əsl sanksiyalar tətbiq etməyə başlayıb - artıq ciddi nəticələr var:

“Son günlərdə Rusiyanın "Urals" markalı neftinin qiyməti 36 dollara düşüb. Trampın qorxusundan heç kim almır deyə, Rusiya öz neftinə bu gün 23,52 dollar endirim elan edib.Çarəsizlikdən bu addımı atıb.Daxildə neft emalı zavodlarının 20 faizi Ukraynanın zərbələri nəticəsində sıradan çıxarıldığı üçün xam nefti emal edə bilmir, daha çox satmağa məcburdur, amma alan yoxdur. Arabulucu şirkətlər isə neftdən Rusiya adını "silmək" üçün daha böyük endirim tələb edirlər. Belə getsə, bu həftə "Urals" markalı neftin qiyməti 30 dollardan aşağı düşə bilər...
Çox güman, "Tramp urusun adamı, Putinin agentidir" deyən bəzi insanları xatırlayırsız, yəqin indi publik üzr istəməyə, utanarlar...”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar