Ru
10:36 / 18 Noyabr 2025

“ƏDV geri al” gələn ildən bu sahələrdə də tətbiq olunacaq

“ƏDV geri al” gələn ildən bu sahələrdə də tətbiq olunacaq
Eye

“Vergi Məcəlləsinə” gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib”.

Bakupost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

V.Bayramov qeyd edib ki, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al”a görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur: “Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, sözügedən xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər”.

Deputatın sözlərinə görə, yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır: “Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakter daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar