Ru
09:37 / 09 Mart 2023

Gürcüstanda 133 etirazçı saxlanıldı - VİDEO

Gürcüstanda 133 etirazçı saxlanıldı -  VİDEO
Eye

Martın 7-8-də Tbilisinin mərkəzində xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı 133 nəfərin saxlanılıb.

Bakupost.az gürcü KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, hazırda polis Gürcüstan paytaxtının mərkəzində vəziyyətə tam nəzarət edir. Etirazın episentrinə çevrilən Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün açıqdır. Nümayişçilər Gürcüstan parlamentinə bitişik ərazini tərk ediblər, xüsusi xidmət orqanları yolu təmizləyir, ikitərəfli rejimdə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.



Zaur
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar