Ru
12:14 / 30 Aprel 2019

Təhsil naziri ADNA-da terror qurbanlarını andı - FOTOLAR

Təhsil naziri ADNA-da terror qurbanlarını andı -  FOTOLAR
Eye

 

Təhsil naziri Ceyhun Bayramov bu gün Azərbaycan Dövlət Neft Akademiyasında olub. 

 

Bakupost.az-ın məlumatına görə, nazir 10 il bundan əvvəl bu ali məktəbdə baş vermiş terror hadisəsi nəticəsində həlak olmuş tələbə və müəllimlərin xatirəsini anıb.

 


Nazir özünün feysbuk səhifəsində də başsağlığı mesajı paylaşıb.

 

Nazir yazıb:

 

"Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir.



İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm.



Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir".


 






Təhsil naziri ADNA-da terror qurbanlarını andı -  FOTOLAR
Təhsil naziri ADNA-da terror qurbanlarını andı -  FOTOLAR
Təhsil naziri ADNA-da terror qurbanlarını andı -  FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar