Rusiya nümayəndə heyəti Vladimir Putinlə Donald Trampın görüşünün dinlənilməsindən qorxur.
Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ Məxfi Xidməti sammitin təhlükəsizliyinə cavabdeh olsa da, qurum Vladimir Putinin mühafizəçiləri ilə sıx əməkdaşlıq edib. ABŞ və Rusiya təhlükəsizlik rəsmiləri Vladimir Putin və Donald Trampı qorumaq üçün birlikdə çalışırlar, pərdə arxasında isə casusluğa qarşı əməliyyat aparılır”, - kanal qeyd edib.
Daha əvvəl bu cür görüşlərdə təhlükəsizlik məsələləri ilə məşğul olan mənbə isə kanala bildirib ki, kəşfiyyat xidmətləri arasında etimad yoxdur.