Ru
00:30 / 16 Avqust 2025

Trampın Putini və Zelenskini qarşılama tərzi müqayisə olundu - FOTO

Trampın Putini və Zelenskini qarşılama tərzi müqayisə olundu - FOTO
Eye

ABŞ telekanalı NBC Alyaskada keçirilən sammitdə prezident Donald Trampın Rusiya lideri Vladimir Putini qarşılama tərzi ilə bağlı diqqətçəkən müşahidələr yayıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, telekanal Trampın Putini “isti” qarşıladığını, onunla səmimi salamlaşdığını və danışıqlara müsbət atmosfer yaratdığını qeyd edib.

Lakin bu münasibət, ötən qış Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirilən görüşdə yaşanan mübahisə ilə kəskin ziddiyyət təşkil edir.

Xatırladaq ki, həmin görüş zamanı Tramp və vitse-prezident Cey Di Vens Zelenskini lazımi hörmət göstərmədiyinə görə sərt tənqid etmişdilər. ABŞ mediası hesab edir ki, bu iki fərqli yanaşma Trampın diplomatiyasında prioritetlərin dəyişdiyini göstərir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar