Ru
00:01 / 26 Oktyabr 2017

- 3 nəfər öldürüldü/ FOTO Xırdalanda atışma

- 3 nəfər öldürüldü/ FOTO Xırdalanda atışma
Eye

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.



BakuPost.az "Report"a istinadən xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.



Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.

 

***

 


Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

"Report" xəbər verir ki, Quşçuluq massivində üç nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Nəticədə onların hər üçü zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Dövlət Təhlükəsizlik Xidmətinin Milli Şuranın mitinqində terror aktı planlaşdıran şəxslərin zərərsizləşdirilməsi istiqamətində apardığı əməliyyatın tərkib hissəsidir.

DTX bundan əvvəl 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətməyi planlaşdıran bir qrup şəxsin məhv edildiyi barədə məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabr 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər.

DTX-da başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, "Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Qeyd edək ki, Milli Şura Bakıdakı "Məhsul" stadionunda mitinq keçirəcəyini bəyan edib.


 

BakuPost

- 3 nəfər öldürüldü/ FOTO Xırdalanda atışma
- 3 nəfər öldürüldü/ FOTO Xırdalanda atışma
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar