Artıq çəkidən şikayətlənən insanların əksəriyyəti pəhriz və idmanla yanaşı, bəzi bitki çaylarına da üz tutur. Bu bitki çayları bədəndəki yağları sürətlə yandırır.
Darçınlı çay da artıq çəkidən qurtulmağı asanlaşdıran bitki çayları arasındadır.
Darçın həm ədviyyat, həm də çay kimi istifadə olunur. Son zamanlar artıq çəkilərdən xilas olmaq istəyən hər kəsin bitki çayına çevrilib. Darçınlı çay ilə arıqlamaq istəyirsinizsə, ondan düzgün və nizamlı istifadə etməlisiniz. Xüsusilə, acqarına içilən darçınlı çay bədəndəki piyləri yandırır.
Darçınlı çayın orqanizmə başqa faydaları da var:
İmmunitet sistemini də gücləndirir;
Qan şəkərini və xolesterolu normada saxlayır;
Həzm sisteminə və mədə problemlərinə xeyirdir;
Bədəndə şişkinliyin qarşısını alır;
Yaddaşı gücləndirir;
Ani aclıq və şəkər düşməsinin qarşısını alır.
Darçınlı çaydan düzgün istifadə edilməlidir. Normadan çox qəbul etdikdə əks təsirləri ola bilər.
Aynur
BakuPost